BATAQLIQ TORPAQLAR

çoxlu miqdarda çürüməmiş və yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaq-lar. B.t. adətən, turş, neytral, qələvi, həmçinin şoranlı, şorakətli, karbonatlı və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək üçün istifadə edilir. B.t. respublikamızın ərazisinin 0,38% -ni tutur. Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu çökəkliklərində (Qarasuda) və Dəvəçi rayonunun Ağzıbirçala gölü hövzəsində var.
BATAQLIQ LANDŞAFTI
BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ
OBASTAN VİKİ
Bataqlıq
Bataqlıq – Yer səthinin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur. Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2) Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Bataqlıq belibağlısı
Bataqlıq belibağlısı (lat. Circus aeruginosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Bataqlıq kəcəvəri
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Bataqlıq mərcanı
Bataqlıq mərcanısı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Bataqlıq pişikotu
Bataqlıq polikariyası
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Bataqlıq qurucası
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin quruca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır.
Bataqlıq qızı
Bataqlıq qızı (ing. Where the Crawdads Sing) — ABŞ yazıçısı Delia Ouensin 2018-ci ildə yazdığı qətl sirri romanı. Hekayə yavaş-yavaş bir-birinə qarışan iki zaman xəttini izləyir. Birinci xronometraj Kia adlı gənc qızın Şimali Karolinanın bataqlıqlarında təcrid olunmuş vəziyyətdə böyüyərkən həyatı və sərgüzəştlərini təsvir edir. İkinci vaxt qrafiki Şimali Karolinanın uydurma sahil şəhəri Barkli-Kouvun (ing. Barkley Cove) yerli məşhuru Çeyz Endruysun aşkar qətli ilə bağlı araşdırmadan sonra baş verir. 2022-ci ilin iyul ayına qədər kitab 15 milyon nüsxədən çox satıldı. Film adaptasiyası 2022-ci ilin iyulunda buraxıldı. == Məzmun == " Bataqlıq qızı" — detektiv, ailə dramı və eyni zamanda təbiətin gücü haqqında parlaq hekayədir. Delia " Bataqlıq Qız " Kia Klarkın həyatından danışır.
Bataqlıq sunərgizi
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Bataqlıq susüpürəni
Bataqlıq susüpürəni (lat. Chlidonias) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. == Görünüşü == Quyruqlarında kiçik yarıq vardır. Qanadları ensizdir. Çayların gilli sahillərində yuvalayırlar. Əsasən böcək və balıqlarla qidalanırlar.
Bataqlıq susüpürənləri
Bataqlıq südləyəni
Bataqlıq südləyəni (lat. Euphorbia palustris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Bataqlıq səhləbi
Bataqlıq timsahı
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. == Görünüşü == Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Bataqlıq tısbağaları
Emys (lat. Emys) — heyvanlar aləminin tısbağalar dəstəsinin şirinsu tısbağaları fəsiləsinə aid heyvan cinsi. Orta ölçüyə malik olan və suda yaşayan tısbağalardır. Cins 2 növə bölünür: Emys orbicularis — Bataqlıq tısbağası Emys trinacris Avropa bataqlıq tısbağası (Bataqlıq tısbağası) Avropa, Qərbi Asiya və Şimali Afrika ərazilərində geniş yayılmışdır. Emys trinacris növü isə 2005-ci ildə Siçiliya adasında qeydə alınmışdır. Bu cinsə (Emys) əvvələr 140 növ daxil idi.. Amerika bataqlıq tısbağaları əvvələr bu cinsə daxil edilsələrdə sonradan Emydoidea cinsinə aid edilmişdir Onlar digər tısbağalara nisbətdə sayları kifayyət qədərdir. Üstəlik qişlamanı rahat keçirirlər. Qışda yerin altında gizlənirlər. Eynən yayın isti vaxtlarıda bu addımı atırlar.
Bataqlıq tısbağası
Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür. == Xariçi görünüşü == Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir. == Yayılması == Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir.
Bataqlıq vallabisi
Bataqlıq vallabisi (lat. Wallabia bicolor) — kenquru cinsinə aid heyvan növü.
Bataqlıq yağıotu
Bataqlıq yağıotu (lat. Epilobium palustre) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Evtrof bataqlıq
Oliqotrof bataqlıq
Bataqlıq ağtərəsi
Bataqlıq ağtərəsi (lat. Parnassia palustris) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin ağtərə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir.